Çərşənbə, 15 May

Onlarla yaponiyalı Ukraynada döyüşmək üçün müraciət edib

image

Yaponiyadan olan onlarla insan Ukrayna uğrunda döyüşmək üçün könüllü olub.

Bu barədə “Reuters” məlumat verib.

Xəbər agentliyi Volodimir Zelenskinin “əcnəbi legiona qoşulmaq üçün Ukraynaya gəlin” çağırışına cavab verən 39 yaşlı ofis işçisi Keiçi Kurogini misal gətirir.

“Ukraynada silahlarını tutub cəbhəyə gedən yaşlı kişi və qadınların şəkillərini görəndə özümü onların yanında olmaq məcburiyyətində hiss etdim”, - deyə Kurogi bildirib.

“Mainichi Shimbun” qəzeti də məlumatı təsdiqləyib. Nəşr Tokioda könüllülüklə məşğul olan şirkətə istinadən xəbər verir ki, çərşənbə axşamına olan məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin 50 keçmiş üzvü və Fransa Xarici Legionunun iki veteranı da daxil olmaqla ümumilikdə 70 yapon könüllü olmaq üçün müraciət edib.

Ukraynanın Yaponiyadakı səfirliyinin nümayəndəsi də ona Ukrayna uğrunda döyüşmək istəyən insanlardan zənglər edildiyini bildirib, lakin təfərrüatı açıqlamaqdan imtina edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00