Çərşənbə axşamı, 14 May

Putin yaxın saatlarda onu “Ukrayna prezidenti” elan edəcək - KƏŞFİYYAT MƏLUMATI

image

Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç Minskdədir, hazırda Kreml onu xüsusi əməliyyata hazırlayır.

Xəbər verilir ki, belə bir sensasiyalı iddia ilə "Ukrainskaya Pravda” nəşri Ukrayna kəşfiyyatında olan mənbəyə istinadən çıxış edib.

Mənbə bildirib ki, ssenarilərdən birinə əsasən, Yanukoviç Minskdə "Ukrayna prezidenti” elan edilə bilər.

Kəşfiyyatın əldə etdiyi məlumatda, həmçinin Kreml tərəfindən yaxın vaxtlarda sabiq Prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin yayılması ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edilir.

Qeyd edək ki, Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı xüsusi hərbi əməliyyat başlatmasından sonra Ukrayna mediasında Prezident Vladimir Zelenskinin öldürüləcəyi barədə məlumatlar yayılıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00