Çərşənbə axşamı, 14 May

Rus ordusu Avropanın ən böyük AES-ni ələ keçirdi

image

Zaporojye AES-in yerləşdiyi ərazi Rusiya hərbi qüvvələri tərəfindən işğal olunub.

Xəbər verilir ki, bu barədə Ukrayna Nüvə Agentliyi məlumat yayıb.

“AES-in aqreqatları toxunulmaz olaraq qalır, 1-ci blokun reaktor bölməsində zədələr var, amma bu, aqreqatın təhlükəsizliyinə təsir göstərmir. AES-lərin təhlükəsizliyi üçün vacib olan sistemlər və elementlər işlək vəziyyətdədir”, - məlumatda deyilib.

Rusiya ordusunun ağır texnikalarının gecə saatlarında atəşə açması nəticəsində Zaporojye AES-də yanğın baş verib. Zərbələr AES-in birinci enerji blokuna dəyib.

Bu, Ukrayna və Avropanın ən böyük AES-dir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00