Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək
Ukrayna Rusiyaya məxsus əmlakı müsadirə edəcək
Prezident Volodimir Zelenski Ukraynada Rusiya Federasiyasına və onun vətəndaşlarına məxsus əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
Xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial o cümlədən hərbi zərurətin irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək.
Aftafa.tv