Çərşənbə, 15 May

Bu gün Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilir

image

Bu gün Türkmənistanda növbədənkənar Prezident seçkiləri keçirilir.

Xəbər verilir ki, bu barədə məlumatı “TASS” yayıb.

Ölkə prezidenti postuna 9 namizəd mübarizə aparır. Onlar arasında ölkənin hazırki Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov da var.

Ölkə üzrə 2577, digər ölkələrdə isə 41 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə 3 459 063 seçici qeydə alınıb. Seçki məntəqələri Bakı vaxtı ilə 18:00-da bağlanacaq.

Xatırladaq ki, Qurbanqulu Berdıməhəmmədov fevralın 11-i parlamentin yuxarı palatasının iclasında bildirib ki, yolu gənc liderlərə vermək qərarına gəlib. Fevralın 14-ü isə ölkədə seçkiqabağı kampaniyaya start verilmişdi.

Qeyd edək ki, Berdıməhəmmədov 2007-ci ildən Türkmənistan Prezidentidir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00