Çərşənbə axşamı, 14 May

Rusiya Ukraynanın şərqindəki strateji dəhlizi ələ keçirdi - FOTO

image

Rusiya Silahlı Qüvvələri Krım ilə rusiyayönlülərin nəzarətində olan Donbass arasında dəhlizi ələ keçirib. 

Xəbər verilir ki, Rusiya 2014-cü ildə ilhaq etdiyi Krım və Donbass arasındakı strateji dəhlizə nəzarəti götürüb.

Krımın baş nazirinin müavini Georgi Muradov bildirib ki, bölgədə quru əlaqəsi qurulub və bunun sayəsində Krımda olan əsgərlər qurudan Donetskdə Rusiyanın dəstəklədiyi qoşunlara qoşula bilərlər.

Bildirilir ki, bu dəhliz həm də Krımı və Rusiyanın mühasirəsində olan Mariupol şəhərini birləşdirir. Dəhliz həmçinin Donbassdakı Rusiyanın dəstəklədiyi separatçı qoşunların Azov dənizində toqquşmaların intensiv olduğu liman şəhərlərinə keçməsini asanlaşdıracaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00