Çərşənbə axşamı, 14 May

“Kəpəz” MTK-da yarım milyonluq yeyinti

image

Bakıda bir neçə yaşayış binası tikən “Kəpəz” MTK-da yeyinti aşkarlanıb.

Xəbər verilir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.

Belə ki, “Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00