Erməni komandir Cəbrayılda minaya düşdü - FOTO
Erməni komandir Cəbrayılda minaya düşdü - FOTO
İşğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı Ermənistan FHN-nin dəstə komandiri minaya düşərək yaralanıb.
Xəbər verilir ki, hadisə Cəbrayıl rayonu ərazisinə baş verib.
Məlumata görə, işğal dövründə erməni hərbçilərinin basdırdıqları minaya düşən dəstə komandiri sağ ayağından xəsarət alıb. Ona ilkin tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Yaralı daha sona Xankəndi hospitalına aparılıb və orada əməliyyat olunub.
Həmin şəxsin həyatı üçün təhlükənin olmadığı bildirilir.
Aftafa.tv