Çərşənbə, 15 May

Qısametrajlı film geniş müzakirələrə yol açdı

image

Aprelin 6-ı yayımlanan “Save Ralph” adlı qısametrajlı film bir neçə gündür ki, geniş müzakirələrə yol açıb.

Xəbər verilir ki, film “Humane Society International”ın həyata keçirdiyi kampaniya ilə başlayır. Filmdə dermotoloji testlərin ilk əvvəl heyvanlar üzərində tətbiq edilməsinə diqqət çəkilir. Təcrübə dovşanlarının müzakirə olunduğu “Save Ralph”da təcrübələr zamanı yaşanan mənfiliklər göstərilir. Filmdə gözəllik üçün heyvanlara işgəncə verilməməli olduğu mesajı ötürülür.

Bildirək ki, “Ralph” obrazını məşhur rejissor və aktyor Tayka Vaytiti  səsləndirir. Zak Efron, Riki Jerve ve Oliviya Mann da aktyor heyətində yer alır. Filmin rejissoru isə Spenser Sasserdir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00