Cümə, 03 May

Azərbaycanlı aktrisa “Netflix”də yayımlanacaq filmdə ROL ALDI - FOTO

image

Aparıcı və aktrisa Turanə Hüseynli “Netflix” platformasında yayımlanacaq filmdə rol alıb.

Xəbər verilir ki, aktrisanın çəkildiyi ekran işi Hindistan Kinematoqrafçıları tərəfindən lentə alınıb.

“KakP” adlanan filmin rejissorları Ankuş Madan Mohla və Gilerme Barettodur. Çəkilişləri Bakıda aparılan layihəni “Disney+Hotstar” şirkəti ərsəyə gətirib.

Filmin, eyni zamanda Hindistanın "Netflix" platformasında yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Turanə Hüseynli indiyədək “Xosrov və Şirin”, “İfşa” seriallarında, “Həmrəylik” filmində rol alıb. O, həmçinin AYV-də yayımlanan “Oralar”, İctimai Televiziyada “Sabahın xeyir, Azərbaycan!”, “Haradasan bu vaxtacan?” verilişlərinin aparıcısı olub.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15