Çərşənbə, 15 May

Zaporojye və Xerson sakinlərinə Rusiya pasportu veriləcək

image

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş 2 vilayətində -  Zaporojye və Xersonda yerli sakinlərə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş proseduru haqqında fərman imzalayıb.

Xəbər verilir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Xatırladaq ki, fevralın 21-də Vladimir Putin "Donbass respublikaları"nın "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb. Fevralın 24-də isə o, Ukraynada "xüsusi hərbi əməliyyat"a başladığını elan edib.

May ayının əvvəllərində isə Xerson vilayətinin hakimiyyət orqanları bölgənin tamamilə Rusiya ordusunun nəzarəti altında olduğunu bəyan ediblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00