Bazar, 05 May

Abel Məhərrəmovun səfir oğlu İŞDƏN ÇIXARILDI - FOTO

image

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Xəbər verilir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bir müddət əvvəl Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olduğu haqda məlumatlar yayılıb. Həmin zaman A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olub. Yayılan məlumatlara görə, sonradan Madriddə düzənlənən tədbirdə daha bir qalmaqal yaşanıb, spirtli içkinin təsiri altında olan rektor orada aranı qatıb.

Anar Məhərrəmov eyni zamanda İspaniyada Dağlıq Qarabağ məsələsi ilə bağlı destruktiv davranışları, bu mövzuda müzakirələri qadağan etməsi ilə də gündəmə gəlmişdi.

Oğlunun vəzifədən azad edilməsinə münasibət bildirən Abel Məhərrəmov isə: “Oğlum 20 ildir ki, diplomatiya sahəsində çalışır, Avropada təhsil alıb, ingilis, rus, fransız, ispan, portuqal və türk dillərini bilir. Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz, ya iş verərlər, ya da Allahın köməyi ilə bir yerə təyin olunar. İkisi də bizi qane edir”, deyə qeyd edib. Deyəsən Məhərrəmovlar ailəsinin təcili işə ehtiyacı var və ata Məhərrəmov da oğlu üçün indidən iş axtarır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15