Cümə, 03 May

Baş nazirdən ƏDV ilə bağlı YENİ QƏRAR

image

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının “Vergilərin ödənilməsi” bölməsinin 5-ci bəndində Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması məqsədilə ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin yaradılması və tətbiqinə başlanılması tapşırılıb.

Xəbər verilir ki, bu barədə Baş Nazir Əli Əsədov sərəncam İmzalayıb.

Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi zərurəti ilə hazırlanıb.

Belə ki, qaydaların əvvəlki redaksiyasında vergilər üzrə artıq ödənilmiş vəsaitlərin vergi ödəyicisinə qaytarılmasının təmin edilməsi məqsədilə tərtib edilmiş rəylə birlikdə vergi orqanlarına təqdim edilmiş müvafiq ərizənin surətinin də maliyyə orqanlarına təqdim edilməsi nəzərdə tutulurdu.

Qeyd edilən prosedurun Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” vasitəsilə elektron formada həyata keçirələcəyini nəzərə alaraq, qərarda bununla bağlı müddəalar nəzərdə tutulub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15