Cümə, 03 May

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

image

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirir.

Məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada aparılır.

İmtahanda iştirak etmək üçün 14843 bakalavr ərizə təqdim edib. Onlardan 13796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verir.

PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib.

İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 180 imtahan rəhbəri, 1428 nəzarətçi-müəllim, 138 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15