Şənbə, 04 May

Azərbaycanda DƏHŞƏT: Sərxoş oğul atasını öldürdü

image

Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. 

DİN-dən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15