Bazar ertəsi, 29 Aprel

Xersondan Rusiyaya taxıl ixracına başlanıldı

image

Ukraynanın Xerson şəhərindən Rusiyaya taxıl ixracına başlanılıb.

Xəbər verilir ki, Rusiya ordusunun nəzarətində olan qondarma administrasiyanın Xersondakı nümayəndəsi Kiril Stremousov regionda qış biçininin başlanıldığını bildirib.

Şəhərdə xeyli taxıl olduğunu qeyd edən Stremousov, “Bizim taxıl saxlamaq üçün yerimiz var, amma çox miqdarda taxıl var. İnsanlar indi Rusiyadakı alıcılara taxıl ixrac etməyə başlayırlar” deyib.

Stremousov regiondan günəbaxan tumlarının Rusiyanın emal müəssisələrinə tədarükü üzərində də işlədiklərini bildirib.

Qərb və Rusiya rəsmiləri Ukraynadakı müharibə və sanksiyalar səbəbindən qlobal ərzaq böhranı ilə bağlı xəbərdarlıq edir. Dünyanın əsas taxıl ixracatçılarından biri olan Rusiya və Ukraynanın ötən il dünya buğda ixracatında təxminən yüzdə 30 payı var idi.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya əngəlsiz taxıl ixracına, o cümlədən Qara dəniz limanlarında Ukrayna taxılının ixracına hazırdır. Lakin bu, Rusiyaya qarşı müvafiq sanksiyaların ləğvini tələb edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39