Çərşənbə axşamı, 14 May

İlon Mask 5 milyard  dollar itirib

image

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask "Tesla"nın səhmlərinin dəyər itirməsindən sonra 5 mlrd. ABŞ dollarına yaxın vəsait itirib.

Verilən məlumata görə, şirkətin səhmlərinin 3,4% səviyyəsində enməsi "Tesla"nın istehsal etdiyi elektromobilinin qəzaya düşməsi fonunda baş verib. "Forbes Real-Time"ın məlumatlarına görə, sözügedən azalmadan sonra hazırda İlon Maskın sərvəti 174,6 mlrd. dollara qədər enib və o, dünyanın ən zəngin insanları siyahısında üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Wall Street Journal"ının məlumata görə, "Tesla" elektromobilində olan iki şəxs avtomobil qəzasında həlak olub. Avtomobilin avtopilot rejimində olduğu bildirilirsə də, İ. Mask bunu təkzib edərək qeyd etmişdi ki, sözügedən nəqliyyat vasitəsinin tam avtonom sürmə funksiyası yox idi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00