Çərşənbə axşamı, 14 May

Ermənistanda general HƏBS EDİLDİ

image

Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunlarının keçmiş artilleriya rəisi, general-mayor Armen Arutyunyan həbs edilib.

Xəbər verilir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti  məlumat yayıb. 

Genişmiqyaslı istintaq və məhkəmə tədbirləri nəticəsində məlum olub ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyi tərəfindən imzalanmış Müqavilə çərçivəsində tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri Armen Arutyunyan MMC-nin direktoruna yardım edib. Təchizatçı Şirkət Ermənistan Müdafiə Nazirliyindən xüsusilə külli miqdarda pul oğurlamaq məqsədi ilə birbaşa külli məbləğdə maliyyə vəsaitini mənimsəmək məqsədilə Çexiya istehsalı  olan bir milyon dollar dəyərində artilleriya sistemi alınıb. Halbuki onun qiyməti daha ucuz olub. 1 milyon 83 min dollar məbləğində imzalanan müqavilə nəticəsində tədarük edilən artilleriya sisteminin isə döyüş tapşırıqlarnın icrasında yarasız olduğu aşkarlanıb. Onun imzası ilə alınan silah və texnikadan 44 günlük müharibədə istifadə etmək mümkün olmayıb.

Eyni halda, tədarükçü şirkətin direktoru və sahibinə qarşı ittihamlar irəli sürülüb.

Hazırda araşdırmalar davam etdirilir, korrupsiya sxemində iştirak edən şəxslərin tam dairəsinin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində müvafiq istintaq və digər hüquqi tədbirlər həyata keçirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00