Çərşənbə axşamı, 28 İyun

Meymunçiçəyi bu ölkələrə də çatdı

image

Sinqapur və Cənubi Koreyada meymunçiçəyinə ilk yoluxma halları qeydə alınıb.

Xəbər verilir ki, Sinqapurda britaniyalı bir şəxsdə sözügedən virus aşkar olunub.

Məlumata görə, həmin şəxsdə keçən həftə dəri səpkiləri, baş ağrıları və qızdırma müşahidə edilib. İyunun 20-si isə onun testi müsbət çıxıb. Sinqapur Səhiyyə Nazirliyinin açıqlamasına görə, həmin şəxslə yaxın təmasda olan 13 nəfər müəyyən edilib və onların axtarışı həyata keçirilir.

Cənubi Koreyada isə meymunçiçəyi Almaniyadan ölkəyə qayıdan ölkə vətəndaşında aşkar olunub. 

Cənubi Koreya, həmçinin Busan şəhərində bir əcnəbi şəxsin yoluxması ilə bağlı araşdırma aparır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Cüneyt Arkın vəfat etdi

  • 28.06.2022 - 09:59
image

Maya Sandu Ukraynaya getdi

  • 27.06.2022 - 13:06