Çərşənbə axşamı, 14 May

“Zaur Kamalın etdiyində qanun pozuntusu yoxdur“ - Aparat rəhbəri

image

ARB telekanalında Zaur Kamalın müəllifi olduğu "Həmin Zaur" verilişində əslən Cənubi Azərbaycandan olan məşhur müğənni Afşin Azəri ilə mübahisə edərək, onu efirdən qovması əksər izləyicilərin etirazına səbəb olub.

Xəbər verilir ki, məsələ ilə bağlı açıqlama verən Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov hesab edir ki, burada qanun pozuntusu faktı yoxdur.

“Bu aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur”, - deyə Aparat rəhbəri müzakirələrə səbəb olan olaya münasibət bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00