Çərşənbə, 15 May

Bred Pitt sağalmaz xəstəliyə tutulub: “Mənə inanmırlar“

image

Hollivud aktyoru Bred Pitt prosopaqnoziya adlı ağır beyin xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Xəbər verilir ki, bu xəstəliyə tutulan insanlar üzləri tanımaq qabiliyyətini itirir, lakin obyektləri tanımaq qabiliyyətini saxlayırlar.

Sənətçi əlavə edib ki, məclislərdə və digər tədbirlərdə tanışları, dostlarını tanımaq onun üçün çətin olur və buna görə də qohumlarının onu eqoist, təkəbbürlü və ya uzaqgörən hesab edəcəyindən ehtiyatlanır.

Pitt bildirib: "Heç kim mənə inanmır".

Aktyor xəstəliyi haqda ilk dəfə 2013-cü ildə danışıb. Daha sonra ulduz qeyd edib ki, bir çox həmkarı onun başqalarına hörmət etmədiyinə inanır və bu onu əsəbiləşdirir. Rəsmi olaraq həkimlər məşhura bu diaqnozu hələ qoymayıblar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00