Çərşənbə, 15 May

Federasiya Şurası sədri nüvə müharibəsindən danışdı

image

"Rusiya nüvə silahını yalnız çəkindirici vasitə hesab edir".

Xəbər verilir ki, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

O qeyd edib: "Biz açıq və ciddi şəkildə istisna halları təyin etmişik ki, o, yalnız cavab olaraq istifadə edilə bilər, Tanrı heç vaxt nüvə hücumunu qismət etməsin.

Biz sivil ölkə kimi davranırıq və bunu açıq şəkildə edirik, bunu açıq elan edirik və öhdəliklərimizə ciddi əməl edirik və belə bir şeyin baş verməməsi üçün hər şeyi edirik".

Federasiya Şurasının sədri nüvə müharibəsi ehtimalından danışmağı da qəbuledilməz hesab edir:

"Nüvə müharibəsinin mümkünlüyündən danışmaq ümumiyyətlə qəbuledilməzdir. Hər bir ağlı başında olan insan, xüsusən də, siyasətçi və dövlət xadimi başa düşür ki, nüvə müharibəsi baş versə, Allah eləməsin, ümumiyyətlə, bu, bəşər sivilizasiyasının, planetimizin sonu deməkdir”.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin vurğulamışdı ki, Rusiya Federasiyasından nüvə zərbəsi ancaq cavab olaraq mümkündür. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00