Bazar, 05 May

Tokayevlə bağlı şok iddia - “Rusiya əleyhinə danışsa da...”

image

Qazaxıstan Prezident Kasım-Jomart Tokayevin bütün son bəyanatlarına baxmayaraq, anti-Rusiya sanksiyalarının qarşısının alınmasına fəal şəkildə kömək etməkdə davam edir.

Xəbər verilir ki, bunu qazaxıstanlı müxalifətçi, jurnalist Aydos Sadıkov deyib.

“Qazaxıstan anti-Rusiya sanksiyalarının qarşısının alınmasına fəal şəkildə kömək etməkdə davam edir. Bəs onun Sankt-Peterburqdakı forumda verdiyi bəyanatları və ya neftin Rusiyadan yan keçməklə tranziti yollarını tapmaq zərurəti ilə bağlı açıqlamlarını necə başa düşmək olar? Bunlar adi sözlərdir, reallığı əks etdirmir. Bu gün biz Tokayevin həqiqətən də Rusiyadan uzaqlaşmasına dair heç bir real fakt görmürük. Belə bir fakt yoxdur”, - jurnalist bildirib.

Qeyd edək ki, bundan əvvəl Tokayevin Milli Neft və Qaz Şirkətinə Rusiyadan yan keçməklə neft satışının təşkili barədə göstəriş verdiyi bildirilib. Bundan əvvəl isə Qazaxıstan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı qondarma Donetsk və Luqansk respublikalarını tanınmadığını deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15