Çərşənbə, 15 May

“Qarabağ“ın darmadağın etdiyi “Lex“in baş məşqçisi qovula bilər

image

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın mübarizədən kənarlaşdırdığı "Lex" baş məşqçisi Con van den Bromla yollarını ayıra bilər.

Xəbər verilir ki, bu barədə Polşanın "Voetbalbelgie" nəşri məlumat yayıb. 

Klub rəhbərliyinin niderlandlı mütəxəssin işindən narazı olduğu bildirilib. Komandanın Polşa Superkubokunda və "Qarabağ"a ötən gün 1:5 hesabı ilə uduzması Con van den Bromun istefasını gündəmə gətirib.

Qeyd edək ki, iyunun 16-da baş məşqçi təyin olunan Con van den Bromla 2 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, "Qarabağ" səfərdə "Lex"ə uduzsa da (0:1), Bakıda 5:1 hesablı qələbə qazanaraq 2-ci mərhələyə yüksəlib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00