Çərşənbə, 15 May

Neymar PSJ-dən ayrılacaq?

image

PSJ-nin futbolçusu Neymar klubdan ayrılmağı düşünmür.

Xəbər verilir ki, əvvəllər dəfələrlə Paris klubunun 30 yaşlı braziliyalını satmaq istəyi ilə bağlı məlumatlar yayılıb. UOL-un xəbərinə görə isə Neymar bu cür söz-söhbətlərə sakit yanaşır. O, PSJ-nin bazasına vaxtından bir həftə əvvəl gəlib və məhdudiyyətsiz məşqlərdə iştirak edir. PSJ-də kadr dəyişikliklərini nəzərə alan Neymar vəziyyətin dəyişə biləcəyini istisna etməyib. 

Bundan əlavə, braziliyalı forvard yeni baş məşqçi Kristof Qaltye ilə bir sıra söhbətlər aparıb. Onlar taktika, meydandakı mövqe və rolun dəyişdirilməsi haqqında danışıblar. Bu söhbətlərin Neymarı ruhlandırdığı qeyd olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00