Çərşənbə, 15 May

Sükan arxasında yuxulayan sürücü qəzaya səbəb oldu: Ölən var - FOTO

image

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Məlumata görə, hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı avtomobillə “Mercedes-Benz” markalı avtomobillərin toqquşması nəticəsində birinci maşının sürücüsü, Füzuli rayon sakini, 1983-cü il təvəllüdlü Eldəniz Kərimov hadisə yerində ölüb.

Digər sürücü 1988-ci il təvəllüdlü İbişov Rabil Nadir oğlu isə Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.

Avtoqəzanın baş verməsinə sürücülərdən birinin sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00