Burak Özçivit Rusiyada azərbaycanlı müğənninin mahnı təqdimatında - FOTO/VİDEO
Burak Özçivit Rusiyada azərbaycanlı müğənninin mahnı təqdimatında - FOTO/VİDEO
Rusiyada yaşayan azərbaycanlı müğənni və bəstəkar Elman Zeynalovun "Qara sevda" adlı mahnısının təqdimat mərasimi olub.
Xəbər verilir ki, sənətçinin özəl gününə bir sıra tanınmış ulduzlar qatılıb. Onlar arasında türkiyəli məşhur aktyor Burak Özçivit də yer alıb.
Elmanla Burakın səmimi görüntüləri sosial mediada sürətlə paylaşılaraq maraqla qarşılanıb.
Qeyd edək ki, Elman Zeynalov bir çox azərbaycanlı müğənniləri Rusiya şou-biznesində piar edərək dəstək olub.
Aftafa.tv