Bazar ertəsi, 08 Avqust

Şagirdlərin yerdəyişməsinə start verilib

image

2022-2023-cü tədris ili üzrə II-IX və XI siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər sentyabrın 9-u saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

X siniflər üçün isə elektron sistem avqustun 15-i saat 11:00-dan etibarən aktivləşdiriləcək.

Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

1. Heydər Əliyev adına lisey;

2. T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

3. 132-134 nömrəli Təhsil Kompleksi;

4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

5. İlyas Əfəndiyev adına Elitar gimnaziya;

6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

7. "Zəngi" liseyi;

8. Bakı Avropa Liseyi;

9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası;

11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti