Şənbə, 04 May

Şabranda baş verən yanğın Siyəzənə keçib

image

Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

Xəbər verilir ki, Şabran rayonunda dörd gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Künövşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə FHN-in Xızı, Siyəzən və Yasamal Rayon Dövlət Yanğından Mühafizə hissələrindən üç avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15