Şənbə, 04 May

Meriyaya qumbara atan erməni intihar edib

image

Ermənistanda meriyaya silahlı hücum edən şəxs intihar edib. Xəbər verilir ki, Ermənistan Polisi məlumat yayıb. 

Qeyd edilir ki, avqustun 19-da axşam saatlarında qumbara və tapança ilə Masis meriyanın binasına daxil olan şəxsin kimliyi müəyyən edilib. Bu, şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Markaryandır. Səlahiyyətlilər həmin şəxsin intihar etdiyini bildirib.

"Danışıqlar zamanı atəş açılıb. Aram Hovannisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis bölməsinin əməkdaşları içəri daxil olublar və başından güllə yarası almış 36 yaşlı Eduard Marqaryanın meyitini aşkar ediblər. O, intihar edib”, - məlumatda deyilir. 

Ermənistan Polisi həmçinin bəyan edib ki, insident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları arasında ölən və xəsarət alan olmayıb.

Qeyd edək ki, dünən axşam saatlarında Masis meriyasına silahlı hücum olması barədə məlumat yayılmışdı. Bildirilir ki, terrorçunun binaya daxil olmasının ardınca partlayış və silah səsləri eşidilib. Həmin vaxt meriyada yalnız təmizlikçi və qarovulçunun olduğu deyilir. Onları binadan çıxarmaq mümkün olub.

İntihar edən erməni heç bir tələb irəli sürməyi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15