Bazar ertəsi, 29 Aprel

Vadji “Qarabağ”dan özü getmək istəyib - Təfərrüatlar

image

İbrahima Vadjinin “Qarabağ”dan ayrılmasının təfərrüatları müəyyənləşib. 

Əldə etdiyimiz xəbərə görə, son vaxtlar seneqallı futbolçu baş məşqçi Qurban Qurbanova komandadan getmək niyyətini açıqlayıb. O, buna səbəb kimi ailəsinin Fransada yaşamasını göstərib. Vadji bir neçə dəfə ailəsinin davamlı təsiri ilə karyerasını həmin ölkədə davam etdirmək istədiyini söyləyib. Baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi isə ilk gündən onun gedişinin və futbolçunu satmağın əleyhinə olub. Lakin yekunda tərəflər belə razılığa gəliblər ki, Vadji avrokuboklarda pley-off mərhələsinin sonuna qədər komandaya kömək etsin, yalnız bundan onun transferinə icazə verilsin. 

Çempionlar Liqasının təsnifat mərhələlərində Vadji uğurlu oyunu ilə diqqət çəkib. O, 4 qol vurmağı bacarıb. Həm də bu səbəbdən klub və Qurban Qurbanov bir daha seneqallı oyunçunun getməsinin əleyhinə olub. Amma futbolçu fikrindən dönməyib. 

Beləliklə də “pley-off” başa çatdıqdan sonra “Qarabağ” klubu Vadjinin, onun özünün təkidli tələbi ilə Fransanın “Sent-Etyen” klubuna satmağa icazə verib. 

Bu transferin yaxın 2-3 gün ərzində rəsmən açıqlanacağı gözlənilir. Fransa mətbuatı transferə görə “Qarabağ”a 1 milyon avro təzminat ödəniləcəyini yazıb. 

Əldə etdiyimiz məlumata görə, “Qarabağ” bir müddətdir Vadjiyə əvəzləyici axtarışındadır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39