Cümə axşamı, 02 May

Metro və avtobuslarda gedişhaqqı artır? - Mühüm açıqlama

image

Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. 

Belə ki, sərnişindaşima şirkətləri tariflərin artırılmasını istəyir. Bəs qiymət artımı əhalidə hansı təəssüraftları doğuracaq?

İqtisadçı-ekspert Asif İbrahimli mözvuya müasibət bildirib.

O, açıqlamasında qiymət artımının gözlənilən olduğunu vurğulayıb:

“Qiymət artımı ağıla batan məsələdir. Daha öncəki müsahibələrimdə bildirmişdim ki, qiymət artımı məhsulun başa gəlməsini təşkil edən xərclərdən asılıdır. Ötən il yanacağın qiyməti iki dəfə artdı. Srənişindaşınmada qiymətlərin dəyişməsinə yanacaq və ehtiyat hissələri böyük təsir göstərir. Daha öncə də mövzu barəsində açıqlamalar verərəkən qiymət artımının qaçılmaz olduğunu vurğulamışdım.

Azərbaycanda bir sıra strateji məhsul və xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən təyin edilir. Dərmanlar, ərzaq məhsulları və o cümlədən ictimai nəqliyyatdan istifadə qiymətlərini Tarif Şurası tənzimləyir. Təxminən doqquz ay öncə qiymətlərin artacağı barədə proqnoz vermişdim. Qiymətlər hələki artmayıbsa da yaxın gələcəkdə artacağı gözlənilir. Çünki zərərlə işləyirlər”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15