Çərşənbə axşamı, 14 May

Rusiyanı sərt tənqid edən Simonyan Moskvaya ÇAĞIRILDI

image

Oktyabrın 9-da Ermənistan parlamentinin sədri Alen Simonyan üç günlük səfərlə Rusiyaya gedəcək.

Xəbər verilir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Rusiya Federasiyasının paytaxtına yola düşəcək. Üç günlük səfər nəzərdə tutulub”, - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, Simonyan Dövlət Dumasının sədri Vyaçeslav Volodindən iki ölkənin parlamentləri arasında əməkdaşlığı inkişaf etdirmək məsələlərini müzakirə etmək üçün Moskvaya səfər etmək dəvəti alıb.

Erməni spiker bu günlərdə Rusiya və KTMT-ni sərt sözlərlə tənqid etmişdi. Simonyan Rusiyanın əlindən heç nə gəlmədiyini, Ermənistanı müdafiə edə biləcək gücünün qalmadığını demişdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00