Çərşənbə axşamı, 14 May

İlon Mask Ukraynaya pulsuz yardım edəcək

image

 "SpaceX" və "Tesla"nın qurucusu İlon Mask Ukrayna hökuməti üçün "SpaceX"in Starlink peyk-internet sistemini pulsuz maliyyələşdirəcək.

Xəbər verilir ki, Mask bunu özünün tviter hesabında  yazıb.

O bildirib ki, Starlink hələ də pul itirməkdə davam etsə də, yenə Ukraynaya pulsuz yardım edəcək.

"Digər şirkətlər milyardlarla vergi ödəyiciləri alırlar, lakin biz Ukrayna hökuməti üçün belə etməyəcəyik".

Mask ötən gün isə ABŞ Müdafiə Nazirliyindən Ukraynadakı Starlink şəbəkəsini maliyyələşdirməyi xahiş etmişdi. Pentaqonun cavabı isə pozitiv olmamışdı. Çünki Ukraynada şəbəkəni yalnız ilin sonuna qədər saxlamaq üçün 120, 2023-cü ildə isə təxminən 400 milyon dollara qədər  xərc tələb olunur.

İ.Mask bildirib ki, indiyədək Ukraynaya 20.000 Starlink peyk-internet sistemi hədiyyə edilib və bu, "SpaceX"ə 80 milyon dollara başa gəlib. Mask bu xərcin ilin sonunda 100 milyon dolları keçəcəyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00