Çərşənbə, 15 May

Məryəm Üzərli Rusiya istehsalı olan filmdə çəkilmək istəyir - Foto 

image

"Rusiya filmlərində çəkilmək istəyirəm".

Xəbər verilir ki, bunu "Möhtəşəm Yüz il" serialı ilə məşhurlaşan aktrisa Məryəm Üzerli bildirib.

O, Rusiya filmlərini izlədiyini və Renata Litvinovaya xüsusi hörmətlə yanaşdığını qeyd edib.

"Əlbəttə, rus film layihələrində iştirak etmək istəyirəm. Bu məsələyə aktrisa olaraq yalnız milli miqyasda baxmıram. Rusiyadan təklif alsaydım, bu haqda düşünərdim".

Üzerli keçən il DNT testi etdiyini və mənşəcə 6-8% rus olduğunun ortaya çıxdığını söyləyib. Yarıtürk, yarı alman aktrisa üçün milli mənsubiyyət vacib deyil, özünü və ətrafındakı hər kəsi dünya vətəndaşı hesab edir.

Məryəm Üzerli məktəbdə oxuyarkən rusca dərs aldığı üçün rusca yaza və oxuya bilər. Ancaq ünsiyyəti olmadığından çox şeyi unudub. "Rus dostlarım bəzən mənə rus sözlərini xatırladırlar. Düşünürəm ki, iki-üç ayda rus dilini tam mənimsəyərdim".

Sənətçi Moskva Beynəlxalq Film Festivalında iştirak edib və "qırmızı xalı"dan keçib. O, Rusiyaya səfərdən məmnundur və çox səmimi qarşılandığını qeyd edib.

Türk kinosunun ulduzu deyib: "Moskvada gördüm ki, çəkildiyim filmlər insanlara xoşbəxtlik gətirir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00