Şənbə, 04 May

Qurban Qurbanov Şahruddinin səhvi barədə - VİDEO

image

"Rəqib ikinci hissədə çox yaxşı dəyişikliklər etdi. Baş məşqçi meydana bacarıqlı oyunçular buraxdı. Futbolçularım 90 dəqiqə mükəmməl mübarizə apardılər. Rəqibdən çəkinmədik".

Xəbər verilir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolda belə hallar olur: "Futbolun gözəlliyi də bundadır. Futbolçularım üzgündür. Hər birinə yaxınlaşdım, hamısını göstərdikləri oyuna görə təbrik etdim. Heç-heçəni əldən verdiyimiz üçün məyusuq. Amma irəliyə baxmalı, böyüməliyik. Bu komanda mənə ümid verir. Qarşıdakı illərdə daha yaxşı olacağıq".

Təcrübəli mütəxəssis qapıçı Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı səhvinə də münasibət bildirib: "Texniki, dünya futbolunda olan normal səhvdir. Biz bu cür böyüməliyik. Futbol pas oyunudur və bu, qapıçıdan başlayır".

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15