Çərşənbə axşamı, 14 May

İlon Mask “Twitter”in direktorlar şurasını buraxdı

image

İlon Mask “Twitter”in doqquz nəfərdən ibarət idarə heyətini ləğv etdikdən sonra sosial şəbəkənin yeganə rəhbəri olub.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının oktyabrın 31-də yaydığı bəyanatda məlumat verilib.

Qeyd olunub ki, komissiya Maskın qərarını rəsmən təsdiqləyib və direktorlar şurasının bütün üzvlərinin artıq öz vəzifələrindən kənarlaşdırıldığını bildirib.

Milyarderin ilk addımlarından biri “Twitter”in qurucusu Cek Dorsinin vəzifəsindən getməsindən sonra təxminən bir il şəbəkənin baş direktoru vəzifəsində çalışan Paraq Aqravalın işdən çıxarılması olub.

Xatırladaq ki, Mask şirkəti almağa qərar verməzdən əvvəl “Twitter”in idarə heyətinə qoşulmağı düşünürdü.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00