Çərşənbə axşamı, 14 May

İlon Maskın “Twitter”i almasına BMT belə qarışdı

image

“İnsan hüquqları “Twitter”in idarəçiliyində mərkəz yer tutmalıdır. 

Xəbər verilir ki, BMT-nin İnsan Haqları Komitəsinin rəhbəri Volker Türkün mikrobloq platformasının yeni sahibi İlon Maska açıq məktubunda bu sözlər yazılıb.

Məktub Maskın sosial şəbəkədə insan haqları departamentində çalışan bütün komandanı işdən çıxarmasından sonra göndərilib. Türk bu qərarı “məyusedici başlanğıc” kimi qiymətləndirib.

BBC BMT-nin bu məsələ ilə əlsaədar ictimai tənqidinin qeyri-adi olduğunu xəbər edib. Adətən, qurum biznes nümayəndələrinə konfidensial şəkildə müraciət edir və ciddi pozuntular baş verdikdə, şirkətin özünə deyil, qeydiyyatda olduğu ölkənin hökumətlərinə çağırış həyata keçirir.

İlon Mask “Twitter”I bu ilin oktyabr ayında 44 milyard dollara satın alıb. Satın alındıqdan sonra milyarder təxminən 3700 nəfəri – yəni ştatın təxminən yarısını işdən çıxarıb. Üstəlik, çalışanların bir çoxu korporativ sistemlərə girişləri kəsildikdən sonra işlərini itirdiklərini öyrəniblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00