Bazar, 05 May

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

image

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

Xəbər verilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Kazımov Kazım Tahir oğlu Akademiya rəisinin müavini təyin olunub.

O bu təyinatdan əvvəl akademiyanın “Yanğın, xüsusi hazırlıq və ixtisas fənləri” kafedrasının rəisi vəzifəsində çalışırdı.

Qeyd edək ki, texnika üzrə fəlsəfə doktoru olan Kazım Kazımov 1982-ci ildə Bakı şəhərində anadan olub.

O, 2008-ci ildə Ukrayna Mülki Müdafiə Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

Xatırladaq ki, ötən ay Akademiyanın rəis müavini, polkovnik Babaşov İlham Balasəlim oğlu vəzifəsindən azad olunub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15