Çərşənbə axşamı, 14 May

İlon Mask “Twitter”i batırmaq üçün alıbmış?

image

“Twitter”in yeni sahibi İlon Mask bildirib ki, şirkət daha çox pul qazanmağa başlamasa, iflas edə bilər.

Xəbər verilir ki, o, bu barədə “Twitter” əməkdaşlarına müraciətində deyib.

Xəbərdarlıq Maskın şirkətdəki səltənətinin keşməkeşli başlanğıcının fonunda gəlib. Belə ki, cəmi iki həftəlik müddət ərzində o, “Twitter” işçilərinin yarısını işdən çıxarmağa, top-menecerlərin əksəriyyətini qovmağa və qalan işçilərə evdən çalışmağı qadağan etməyə macal tapıb.

Bu həftənin dördüncü günündə isə Maskın yeni komandasının üzvü sayılan Yoel Rot vəzifəsindən imtina edib. Onun ardınca digər top-idarəçi Robin Uiler də istefasını açıqlayıb.

Qeyd edək ki, satınalma nəticəsində “Twitter” şirkət olaraq 13 milyard dollarlıq borc yükünə girib. Bu borclar isə “Uol Strit”dəki yeddi bankın əlində cəmlənib.

Son həftələrdə şirkətin etibarının olduqca sarsıldığı da deyilir. Hətta Maskın iflas şərhindən əvvəl bəzi fondlar “Twitter”in borclarını bir dolların 60 sentinə müqabilində satın almağı təklif ediblər. Bu qiymət adətən maliyyə problemi yaşayan şirkətlərə verilir.

İlon Mask işçilərə müraciətində yeni qaydalar barədə də danışıb. Bundan sonra şirkət çalışanları 80 saatlıq iş həftəsinə hazırlaşmalı olacaqlar. Pulsuz yemək kimi ofis üstünlükləri daha olmayacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00