Şənbə, 04 May

Almaniya kansleri Şoltsdan İrana sərt reaksiya

image

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Almaniyanı hədələməsinə sərt reaksiya verib.

Xəbər verilir ki, Şolts bu haqda həftəlik videomüraciətində bildirib:

“Eşitdim ki, İran xarici işlər naziri Almaniyanı bizim münasibət və hərəkətlərimizin nəticələri ilə hədələyir. Tehran administrasiyasına sadəcə bunu deyə bilərəm: Siz necə bir hökumətsiniz ki, öz vətəndaşlarınıza atəş açırsız? Kim bu şəkildə hərəkət edərsə, bizim də müqavimətimizi gözləsin”.

Almaniyada nümayişçilərə və İran əsilli vətəndaşlara müraciət edən Şolts “İnsan haqları və qadın haqları üçün tələb etdiyiniz hər şeyin arxasındayıq. İran xalqının yanındayıq” deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15