Şənbə, 04 May

Ölkəyə hücum olarsa, Yaponiya əks hücuma keçə bilər

image

Yaponiya hökuməti dövlətə mümkün hücuma və ya ölkənin müttəfiqlərinə hücum Yaponiya tərəfinin mövcudluğuna təhlükə yaradarsa, cavab variantlarını nəzərdən keçirməyə başlayıb.

Xəbər veilir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, belə bir şəraitdə Tokio bir sıra təklifləri öyrənir.

Qeyd olunduğu kimi, birinci variant əks-hücum ehtimalının, xüsusən də düşmənin hərbi bazalarına, yalnız dövlət ərazisinə hücum zamanı meydana çıxmasıdır. İkinci variant kollektiv müdafiədir, Yaponiyaya birbaşa təhlükə yaradacağı təqdirdə, müttəfiqlərə hücum zamanı ondan istifadə ediləcək.

“Beynəlxalq hüququ pozan qabaqlayıcı zərbələri qadağan etməklə yanaşı, əks-hücum ehtimalı minimum zəruri tədbirlərlə məhdudlaşdırılacaq. Bu barədə Nazirlər Kabineti qərar verəcək”, - deyə məlumatda bildirilir.

Kyodo qeyd edir ki, Yaponiyanın əks-hücum qabiliyyəti ilə bağlı dialoq Tokionun Şimali Koreya və Çindən gələn təhdidlərlə bağlı narahatlığı fonunda baş verir . Bununla yanaşı, agentlik yekun variantın hakim koalisiya daxilində aparılan danışıqlardan asılı olacağını vurğulayır.

Daha əvvəl KİV-in məlumatına görə, Yaponiya İkinci Dünya Müharibəsindən sonra ən böyük hərbi büdcəni qəbul edə bilər .

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15