Çərşənbə, 15 May

Sergey Lavrov İrəvana səfər edəcək

image

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanın paytaxtı İrəvana səfər edəcək.

Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat idarəsinin direktor müavini İvan Neçayev bildirib.

Onun sözlərinə görə, S.Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Toplantı noyabrın 23-də İrəvanda keçiriləcək.

İclasda KTMT-nin kollektiv təhlükəsizliyi, regionlarda hərbi-siyasi vəziyyət və təşkilat çərçivəsində terrorçuluğa qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00