Şənbə, 04 May

Tehranda izdihamlı aksiya: Xameneiyə ölüm!

image

İranda molla rejiminin edam etdiyi gənc fəal Mohsen Şekarinin ölümü və digər cinayətlərə görə, rejim əleyhinə etiraz edən əhali Tehranın Səttarxan küçəsinə axışıb. 

Xəbər verilir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, etirazçı sakinlərin əsas şüarları “Xamenei qatildir, biz hamımız Mohsen Şekariyik! İllər boyu cinayət, ölüm olsun belə rəhbərə! Cəllad Xamenei, səni torpağa basdırarıq! Ölüm olsun Xameneiyə!” və s. olub.

Onlar İran hakimiyyətini günahsız insanları qətlə yetirməkdə ittiham edərək, ölkədə ədalətin bərqərar olunması uğrunda mübarizə aparacaqlarını bildiriblər. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15