Çərşənbə, 15 May

“Ramiz Rövşənin oğlu mənə dərman alıb göndərib” - Deputat

image

Milli Məclisin komitə iclasında deputatlar dərmanların baha olmasından şikayətləniblər. 

Xəbər verilir ki, deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu barədə məsələ qaldırıb. O bildirib ki, ölkədə dərmanlar olduqca bahadır:

“Bir il bundan qabaq Türkiyədən özüm üçün dərman gətirirdim. Baqajı gözləyəndə gördüm ki, bir saat gecikmə var. Soruşanda dedilər ki, baqajda dərman var, yoxlanılır. Sonra mən Səfər Mehdiyevə zəng edəndən sonra buraxdılar. Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma Azərbaycanda həmin dərmanın bir qutusu 27-28 manata satılır. Ona görə də fərq böyükdür".

"Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə, amma 7-8 dəfə dərman baha ola bilməz. İnsanlar ərzağın baha olmasına o qədər etiraz etmirlər. Mən bunu açıq deyirəm. Amma dərman insan sağlamlığı ilə bağlı olan məsələdir. Ona görə dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bir də baxmaq lazımdır, bəlkə dərman gətirəndə gömrükdə elə hərəkətlər edirlər ki, qiymətləri onların üzərinə qoymağa məcburdurlar”, - deputat şikayətlərini dilə gətirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00