Şənbə, 04 May

İki həftədir axtarılan prezident ölübmüş 

image

Tanzaniyanın iki həftədir harada olduğu bilinməyən prezidenti Con Maqufilinin öldüyü məlum olub.

Aftafa.tv-nin xarici KİV-ə istinadən məlumatına görə, Tanzaniya prezidentinin köməkçisi Samia Suluhu məsələ ilə bağlı açıqlama verib.

O, 61 yaşlı Prezident Con Maqufulinin öldüyünü elan edib.

Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib.

İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına müalicə üçün gətirilib, ancaq xəstənin adı rəsmi səviyyədə təsdiqlənmədiyi üçün açıqlanmayıb.

Xatırladaq ki, Tanzaniyada koronavirus pandemiyası olmadığını irəli sürən prezident yüksək vəzifəli şəxslərin ard-arda ölməsindən sonra xalqı təlaşa qapılmamağa çağırmışdı.

Koronavirusa qarşı heç bir tədbir almayan, qatıldığı tədbirlərdə maskasız görüntülənən prezident virusa qarşı meyvə yeməyi məsləhət görürdü.

O, xalqa nəfəs almada problem yaşayan zaman üç gün dua etməyi tövsiyə etmişdi.

Aftafa.tv

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40