Bazar, 28 Aprel

Çavuşoğlu Şuşa-Xankəndi yolundakı durumdan danışdı

image

“Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır”.

Xəbər verilir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir: “Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər”.

M.Çavuşoğlu söyləyib ki, Azərbaycan bu məsələdə haqlıdır: “Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39