Çərşənbə axşamı, 14 May

Bakıdan Naxçıvana bütün reyslər təxirə salındı

image

Əlverişsiz hava şəraitinə görə Bakıdan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.

Xəbər verilir ki, ikinci gündür ki, bölgədə güclü duman hökm sürür.

Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.

Bu barədə Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat verib.

"Azərbaycan Hava Yolları" bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Həmçinin, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00