Cümə, 03 May

Bu cizgi filmlərini uşaqlara GÖSTƏRMƏK olmaz - SİYAHI

image

Çox valideyn düşünür ki, cizgi filmləri uşaqları pis heç nəyə öyrətməz. Buna görə də övladlarını televizorla baş-başa buraxırlar. Psixoloqlar isə belə düşünmür və həyəcan təbili çalır.

Xəbər verilir ki, Şrek cizgi filminin yaş məhdudiyyəti 6 plusdur. 2001-dən bəri nümayiş olunan ekran əsəri uşaqlar üçün təhlükə mənbəyi sayılır. Səbəb?

– Qəddarlıq və zorakılıq təbliğatı;

– Qadınlıq xüsusiyyətlərinin pozulması;

– Adət olunmuş nağıl motivlərinin təhrifi;

– Yetkin insan yumoru.

Psixoloqların fikrincə, cizgi filmi ailə dəyərlərinin qorunması cəhətdən faydalıdır, ancaq yaş senzurası düzgün qoyulmayıb. Yəni 16+ olsaydı, normal qarşılanardı.

“Evə yol”

2021-ci ildə Netflix istehsalı olan bu cizgi filminin yaş məhdudiyyəti 7+ olaraq qeyd olunub. Cizgi filminin baş qəhrəmanları ölümcül sayılan zəhərli heyvanlardır. Nədənsə təhlükələri gizlədilir və xeyirxah hökmdar kimi təqdim olunurlar. Bundan sonra əqrəb, yaxud ilanla rastlaşan uşaqlar onu çantasına götürüb evə gətirə, özü ilə bərabər ailəsini təhlükəyə ata bilər.

Qeyd edək ki, 2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış “Evə gedən yol” cizgi filmində 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin həmin ərazilərə səyahətindən bəhs edilir. Bunu ona görə qeyd etdim ki, adları oxşasa da, fərqli cizgi filmləridir. Biri uşaqlarda pis vərdişlər yaratmağa hesablanıb, digəri azyaşlı beynini yalan və işğalçılıqla doldurmağa hesablanıb.

“Monstrlar tətildə” cizgi filminin yaş məhdudiyyəti 7+ olsa da, vampir və bədheybətlər müsbət qəhrəman kimi təqdim olunur. Bu isə uşaq psixologiyasına neqativ təsir edir. Uşaqlar gələcəkdə hansı təhlükədən qorunma instinktlərini itirirlər.

“Südəmər boss” 6+ göstərilsə də, burada ailə düşmənçilikləri təbliğ olunur. Kiçik yaşda uşaqların böyük qardaşlarına qarşı mübarizəsi aşılanır.

“Maşa və ayı” cizgi filmində yaş məhdudiyyəti yoxdur. Amma uşaqlara lazımsız ərköyünlük, cəzasız qalmaq və s. mənfi xüsusiyyəttlər yeridilir.

Örnək kimi başqa cizgi filmlərini də təqdim etmək olar. Psixoloqlar bu səbəbdən valideynləri diqqətli olmağa çağırır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15