Çərşənbə, 15 May

Bəzi yol nişanları əvəzlənir - FOTO

image

Respublikanın yol infrastrukturunda bəzi nişanlar dəyişdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Gəncə, Xaçmaz, Mingəçevir, Ağdam, Sumqayıt, Şəki, Göyçay, Cəlilabad və Kürdəmirdə istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanları işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz olunur.

Həmçinin silinmiş nişanlanma xətlərinin, yol cizgi işarələrinin bərpası, eləcə də işıqforlara texniki qulluq həyata keçirilir.

İşlər mərhələli şəkildə, BDYPİ-yə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri tərəfindən yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə davam etdirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00